Mobil versiya
Koronavirusdan ölənlərin meyitlərində gözlənilməz dəyişikliklər
Tarix: 24-07-2020 | Saat: 09:30
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Koronavirusdan ölənlərin meyitlərində gözlənilməz dəyişikliklər


Koronavirus ürək əzələlərinə, düşünüldüyü kimi, tipik zərər (miokardit) vurmur, əksinə, sözügedənorqana fərqli təsir göstərir.

"EurekAlert”in məlumatına görə, ABŞ-ınYeni Orlean şəhərindəki LSU Sağlamlıq Universitetinin patoloqları tərəfindən edilən bir sıra ekspertizalar bu qənaətə gəlinməsinə səbəb olub.

Onlar koronavirusun ürək əzələlərində fərdi hüceyrələrin ölümünə səbəb olduğunu təsbit edib.

Eyni zamanda, SARS-CoV-2, ilk SARS koronavirusdan fərqli olaraq, ürək əzələsinin hüceyrələrində olmur. Mütəxəssislər virus infeksiyasını kiçik qan damarlarının hüceyrələrində aşkarlayıblar.

Yarılma koronavirusdan vəfat edən 44-79 yaşlı 22 xəstədə - 10 kişi və 12 qadında aparılıb. Onların əksəriyyətinin yüksək qan təzyiqi olub, yarısında ikinci tip diabet müəyyən edilib, 41 faizi isə piylənmədən əziyyət çəkib.

COVID-19-dan ölənlərin cəsədlərində gözlənilməz dəyişikliklər barədə danışan professor Riçard Vander Hayde öyrənilməsi gərək bir neçə nəzəriyyə irəli sürüb. Onun sözlərinə görə, bu xəstəliyi daha yaxşı anlamağa və nəticədə, effektiv müalicə təyin etməyə kömək edə bilər.

Qeyd edək ki, Böyük Britaniyada VestminsterUniversitetinin alimləriCOVID-19-u ağır şəkildə keçirən xəstələrdə ürək əzələlərinin iltihabının – miokarditin yarana biləcəyi barədə xəbərlardıq etmişdi. Bu, ürəyin elektrik keçiriciliyini dəyişir və qanvurma bacarığınatəsir göstərir. Nəticədə, bütün orqanlara, o cümlədən ağciyərə oksigen az ötürülür.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024