Mobil versiya
Ağstafada koronavirus infeksiyasına qarşı reydlər davam etdirilir
Tarix: 23-07-2020 | Saat: 22:36
Bölmə:Gündəm | çapa göndər

Ağstafada koronavirus infeksiyasına qarşı reydlər davam etdirilir

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov başda olmaqla koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasına dair Operativ Qərargahın tələblərinə rayon ərazisində hansı səviyyədə əməl olunması ilə bağlı növbəti reyd keçirilib. Reyddə Rayon İcra Hakimiyyətinin başçısı yanında Operativ Qərargahın üzvləri, Qida Təhlükəsizliyi Agentliyinin Tovuz Regional bölməsinin əməkdaşları iştirak ediblər. İctimai-iaşə, ticarət və digər obyektlərdəki mövcud vəziyyətlə yaxından tanış olunub. Fəaliyyətləri və göstərdikləri xidmətin səviyyəsi araşdırılıb. Karantin rejiminin qaydalarını aşkar şəkildə pozan sahibkarlar barəsində qanun çərçivəsində tədbirlər görülüb. Həmçinin əhalinin sıx toplandığı ərazilərdə karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dair sakinlərlə maarifləndirici söhbətlər aparılıb. Tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə ətraflı məlumat verilib.



















AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024