Mobil versiya
ATƏŞGAH SIĞORTA -Müştərisi NİFTƏLİYEV SƏXAVƏT ABBAS oğlunu niyə süründürür?
Tarix: 22-07-2020 | Saat: 10:14
Bölmə:Gündəm | çapa göndər

ATƏŞGAH SIĞORTA -Müştərisi NİFTƏLİYEV SƏXAVƏT ABBAS oğlunu niyə süründürür?




24 iyun 2020 tarixində adıqeyd edilən şəxsə məxsus 99-LM-871 dövlət nömrə nişanlı2005ci il buraxılışlı Ford Tranzit avtomaşını Hacıqabul ərazisində hərəkətdə olarkən alışıb yanaraq tamamilə sıradan çıxmışdır. Maşın sahibi Səxavət Niftəliyev Atəşgah Sığorta ilə 05 may 2020 tarixində illik ödəniş olaraq 1230 manat ödəniş də Kasko sığorta növü kimi müvafiq Sığorta şəhadətnaməsi ilə sığortaçı statusunu da almışdır. Və bu Şəhadətnamədə də göstərildiyi kimi 23minlik avtomaşının 18min manat dəyərində sığortalanması qeyd edilməklə gələcəkdə dəyəcək ziyanın müqabilində bu məbləği Sığortaçı idarədən əldə edəcəyi ikitərəfli qaydada imza atılması qeyd edilmişdir.

Şikayətçi bildirir ki hadisə baş verən gün o dərhal Atəşgah Sığortanı 940 qaynar xəttə zəng edərək məlumatlandırmış, bununla paralel olaraq avtomobildə baş verən güclü yanğına görə FHN-nin Muğan regional YMi-nin əməksaşları komissiya ilə birgə gələrək yanğının söndürülməsindən sonra Müvafiq Akt da tərtib edərək 23min manat dəymiş ziyanı da həmin akta əlavə etmişlər. 6gün sonra 30 iyun tarixində zərərçəkmiş Sığorta idarəsinə bu baş verən hadisəylə bağlı verilməli olan müvafiq sənədləri toplayıb vermiş, bundan 1 neçə gün sonra da Sığorta idarəsindən Zərərçəkmişə zəng edərək Bank hesabı da istənilmiş, sonuncu isə yəni sığortaçı Niftəliyev isə bu hesabı onlara versə də o tarixdən bugünədək hələ də bu barədə heç bir ödəniş həyata keçirməmişlər. Və nəhayət şikayətçi 20 iyul tarixində Sığorta idarəsinun şikayətlər ə baxılması üzrə müvafiq şöbə müdiri Nigar xanımla işin nə yerdə olduğunu soruşduqda qarşı tərəfdən hələ bu barədə araşdırmalara başladıqları xəbərini almışdır. Bundan haqlı olaraq bərk əsəbləşərək narazı durumda qalan sığortaçı artıq süründürməçiliyə məruz qaldığını bildirərək bu barədə sabahsı gün yəni 21 iyul tarixində Sığorta idarə rəhbərliyi Azər Əliyev və onun idarə hüquqşünası Mikayılov Səbuhiyə müsahibə üçün jurnalist araşdırması məqsədilə media işçilərini gətirməsini bildirmişdir. Və deyilən bu tarixdə də tərəfimizdən aparılan jurnalist araşdırması nəticəsində bir sıra maraqlı və təəccüb doğuran hallar ortaya çıxdı. Belə ki, bizimlə bu məsəlni müzakirə etmək üçün ilk öncə çəkilişə Atəşgah sığorta rəhbərliyi tərəfindən icazə verilməməsi artıq birçox qanun və hüquq pozuntusu hallarından xəbər verirdi.

Və bu qənaətimiz də zənnimizi olduğu kimi də doğrultdu . Kamera qarşısına ifşa ediləcəklərindən açıq aşkar ehtiyat edən idarə rəsmiləri nəinki hüquq şöbə müdiri Səbuhi Mikaylovu , hətta özlərini də çıxarmaqdan ehtiyat elədilər.

Yalnız iclas zalındakı dəyirmi masada bizimlə bu məsələnin müzakirəsi üçün İdarə heyəti sədrinin müavini Fuad İsmayılov oldu. Müzakirə zamanı da bir sıra məqamlar təəccüb doğurdu. Belə ki Ödəniləcək 18min manat zərər məbləğini öfəməzdən öncə Fuad İsmayılov daxili qaydalara əsasən qəzaya uğramış avtomaşının hansı səbəbdən baş verməsini aydınlaşdırmaqçün Sığortaçı idarənin bu barədə işləri araşdıraraq həyata keçirən Prokurorluq orqanlarına sorğu göndərdiklərini bizim bu barədə sualımızdan sonra göndərdiklərini bildirdilər və bizə göstərdilər.

Göndəriş tarixi isə zərərçəkmişi birdaha qəzəbləndirdi. Və buradan da aydın oldu ki Atəşgah Sığorta rəhbərliyi zərərçəkmişin onlara bugünçün çəkiliş qrupunun gətirəcəyini bildirdiyinə görə onlar da bundan müəyyən qədər guya işlərini səhmana salmaq məqsədilə aidiyyatı üzrə sorğular göndərməyə başlamışlar. Halbuki bu sorğu göndərişlərini isə onlar bir hüquqi şəxs olaraq ən əsası da sığortalanana 7 iş günü ərzində araşdırma apararaq normal xidmət göstərməli olduğu halda qəzadan və məlumatlandırma tarixi olan 30 iyun2020 tarixindən 7 deyil 21 iş günü keçdikdən sonra və ələlxüsus zərərçəkmişin yuxarı dövlət qurumlarına şikayət edəcəyini bildirdikdən sonra onlar sorğu göndərməyə başlamışlar.

Bütün bunlar isə vətəndaş süründürməçiliyi deməkdir ki Atəşgah Sığorta nəticə etibarilə bundan sonra onlara müraciət edərək hər hansı müştəridə artıq böyük inamsızlıq və güvənsizlik hissini yaratmış oldu.

Mövzunu diqqətdə saxlayırıq...

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024