Mobil versiya
Pandemiya dövrü ailələrdəki mövcud problemləri bir az da qabartdı
Tarix: 20-07-2020 | Saat: 09:48
Bölmə:Gündəm | çapa göndər

Pandemiya dövrü ailələrdəki mövcud problemləri bir az da qabartdı


Hələ bu ilin aprel ayında BMT-nin Baş katibi Antonio Quterreş gender əsaslı zorakılıq və COVID-19-la bağlı bəyanat verərək bildirmişdi ki, COVİD-19-un qarşısını almaq üçün təcrid və karantinin tətbiqi vacibdir. Lakin bu, həm də qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb olub. Bəzi ölkələrdə zorakılığa qarşı dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb.

A.Quterreş bütün hökumətləri qadınlara qarşı zorakılığın qarşısının alınması və onlara dəymiş ziyanın ödənilməsini COVİD-19-a qarşı milli tədbirlər planına daxil etməyə çağırır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Trend-ə bildirib ki, Azərbaycanda pandemiya dövründə ailə münaqişələrinin sayında qismən artım müşahidə edilir. Onun sözlərinə görə, bu ilin ilk dörd ayı ərzində komitəyə 73 müraciət daxil olub ki, onların da əksəriyyəti məişət zorakılığı ilə bağlı olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə bildirib ki, pandemiya dövrü Azərbaycan ailəsində bu günə qədər mövcud olan problemləri bir az da qabartdı. Onun sözlərinə görə, koronavirus pandemiyası dönəmində ailə problemlərinin həlli istiqamətində axtarılan çıxış yollarına yeni mexanizmlər əlavə edildi: "Evə qapanma" insanların bəzi emosional hisslərini sınamağa da imkan verdi. Cütlüklər aylarla bir evdə, dörd divar arasında bir-birinə dözməyə, övladlarına bərabər şəkildə qayğı göstərməyə, ailənin üzləşdiyi problemləri həll etməyə hazırdırmı?! Bu müddət göstərdi ki, buna hazır olmayanlar da var. Hətta indiyədək belə məqamlar olmamışdısa, pandemiya dövründə bəzi ailələrdə belə problem ortaya çıxdı. Statistika da onu göstərir ki, heç bir problemi olmayan ailələrdə problemlər yaranmağa başlayıb".

B.Muradova əlavə edib ki, bu günə qədər çətinliklər yaşayan ailələrdə əks proseslər getməyə başladı. Komitə sədrinin sözlərinə görə, pandemiya dövründəki bu vəziyyətin təhlili onların sonradan daha uzunmüddətli layihələr həyata keçirməsinə şərait yaradacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024