Hərbi-vətənpərvərlik ruhunda təbliğatın gücləndirilməsi sahəsində nəzərdə tutulan tədbirlər müzakirə edilib
Tarix: 17-07-2020 | Saat: 16:16
Bölmə:Gündəm | çapa göndər

İyulun 17-də Ağdaş Regional Mədəniyyət İdarəsinin aparat işçilərinin, rayonlar üzrə nümayəndələrin və idarənin tabeliyində olan mədəniyyət müəssisə rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirilib.
aia.az xəbər verir ki, tədbirdə son günlər cəbhədə baş verən kəskin təxribatlarla əlaqədar Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının əhalisi, xüsusilə gənclər arasında hərbi-vətənpərvərlik ruhunda təbliğatın gücləndirilməsi sahəsində nəzərdə tutulan tədbirlər geniş müzakirə edilib.
İclasda çıxış edən idarə rəisi Ramiz Quliyev və müəssisə rəhbərləri erməni təxribatını pisləyərək ordumuza dəstək verdiklərini və Ali Baş Komandan İlham Əliyevin çağırışına hər bir azərbaycanlı kimi hazır olduqlarını vurğulayıblar.
İclasda, həmçinin digər məsələlər də müzakirə olunub, mövcud vəziyyətlə əlaqədar tabe müəssisələrdə çalışan işçilərə koronavirusla (COVID-19) mübarizədə profilaktik tədbirlərə ciddi şəkildə əməl olunması, əmək intizamına ciddi riayət edilməsi, müəssisələrdə dezinfeksiya işlərinin aparılması, elektron xidmətlərə daha çox üstünlük verilməsi, virtual məkanda aktivliyin artırılması, hərbi-vətənpərvərlik mövzusunda online tədbirlərin keçirilməsi və videoçarxların hazırlanması, müasir texniki imkanlardan daha geniş istifadə olunması barədə tapşırıqlar verilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər