Mobil versiya
Müdafiə Nazirliyi: Ermənistanın 100 nəfərə yaxın itkisi var
Tarix: 17-07-2020 | Saat: 08:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Müdafiə Nazirliyi:


Kütləvi informasiya vasitələrimizdə Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərini isə yaralı olaraq itirməsi barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir.

Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır. Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar.

Buna görə də Azərbaycan kütləvi informasiya vasitələrini Ermənistan mətbuatı tərəfindən yayılan yalan məlumatları tirajlamamağa və düşmənin dezinformasiyalarını ifşa etməyə çağırırıq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024