Nəqliyyatçıların Həmkarlar İttifaqına yeni sədr seçilib - FOTOLAR
Tarix: 16-07-2020 | Saat: 15:35
Bölmə:Manşet / Gündəm | çapa göndər

İyulun 16-da Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının Məclisinin onlayn iclası keçirilib. İclasa AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev sədrlik edib.
S. Möhbalıyevin təklifi ilə iclas iştirakçıları Ermənistan silahlı qüvvələrinə qarşı Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra S. Möhbalıyev Məclis üzvlərinə Həmkarlar İttifaqının sədri işləmiş Etibar Əliyevin vəfatı ilə əlaqədar yeni sədrin seçilməsilə bağlı məlumat verib. AHİK sədri uzun illər təşkilata rəhbərlik etmiş Etibar Əliyevin fəaliyyəti haqqında danışıb.
Məclisin yekdil qərarı ilə əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və Həmkarlar İttifaqı sistemində məsul vəzifələrdə çalışmış Hüseyn Qubad oğlu Kərimov Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri seçilib
aia.az

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər