Mobil versiya
Millimizdə sürpriz məşqçi - Ansi Aqolli
Tarix: 11-07-2020 | Saat: 14:41
Bölmə:İdman | çapa göndər

Millimizdə sürpriz məşqçi - Ansi Aqolli


Azərbaycan milli komandasının yeni baş məşqçi təyin ediləcəyi gözlənilən Canni De Byazinin köməkçilərindən biri müəyyənləşib.

AİA.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda məlumat İtaliya və Albaniya mətbuatında yayımlanıb. İddia edilir ki, 64 yaşlı mütəxəssis Albaniya millisindən yaxşı tanıdığı, "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini də yığmaya gətirir. Hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən 38 yaşlı müdafiəçinin məşqçilər korpusunda olacağı bildirilir.

Aqolli bir müddət, o cümlədən 2016-cı il Avropa çempionatı qarşılaşmalarında Albaniya millisinin kapitanı olub.

Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay klubu ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.

AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024