Mobil versiya
Cəlilabadda COVİD-19 xəstəsi ət satışı məntəqəsində aşkarlandı
Tarix: 08-07-2020 | Saat: 11:14
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Cəlilabadda COVİD-19 xəstəsi ət satışı məntəqəsində aşkarlandı


Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan aia.az-a verilən məlumata görə, Cəlilabad şəhər sakini R.Əliyevə Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, şəhərdəki ət satışı məntəqələrindən birində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

Covid-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb. Onun barəsində toplanmış materiallar müvafiq qərar qəbul olunmasından ötrü Cəlilabad RPŞ-nin istintaq bölməsinə verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024