Mobil versiya
5-ci İslam Həmrəyliyi oyunlarının 10-19 sentyabr 2021-ci il tarixdə keçirilməsi dəqiqləşdirildi
Tarix: 29-06-2020 | Saat: 13:53
Bölmə:Manşet / İdman | çapa göndər

5-ci İslam Həmrəyliyi oyunlarının 10-19 sentyabr 2021-ci il tarixdə keçirilməsi dəqiqləşdirildi





28 iyun 2020-ci il tarixdə İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2021-ci ildə Konyada keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Əlaqələndirmə Şurasının Türkiyədəki oyunların Təşkilat Komitəsi ilə birgə növbəti videokonfransı keçirilmişdir. Onlayn toplantıda İHİF İcraiyyə Komitəsinin və 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva, Türkiyənin Gənclər və İdman nazirinin müavini, Misir Olimpiya Komitəsinin prezidenti, Tunis Olimpiya Komitəsinin rəhbəri, Banqladeş Olimpiya Komitəsinin Baş Katibi, İHİF-in Baş Katibi, İHİF-in İcraiyyə Komitəsinin üzvləri və digər şəxslər iştirak etmişdir.

Müzakirələr zamanı pandemiyanın bütün sahələrə, o cümlədən idman sahəsinə təsiri, mövcud vəziyyətdən çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Həmçinin 5-ci İslam Həmrəyliyi oyunlarının 10-19 sentyabr 2021-ci il tarixdə keçirilməsi dəqiqləşdirilmişdir. Bununla əlaqədar idman obyektlərinin cari vəziyyətinə nəzər salınmış, pandemiyanın zərərli təsirlərini minimuma endirərək, infrastrukturun hazır duruma gətirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.

Müzakirələr zamanı proqrama salınacaq idman növləri də təsdiqlənmişdir. Ümumilikdə təsdiq olunmuş 21 idman növü sırasına üzgüçülük, atletika, basketbol, futbol, qılıncoynatma, həndbol, cüdo, karate, stolüstü tennis, kikboks, güləş, gimnastika, voleybol, taekvando və s. kimi növlər daxil edilmişdir və bu siyahıya yeni idman növü olaraq badminton da əlavə olunmuşdur.
Para idman növlərindən hansılarının siyahıya əlavə olunması ilə bağlı isə yaxın həftələrdə qərar veriləcəkdir.

Qeyd edək ki, Milli federasiyalar Oyunlar proqramına daxil olan hər bir oyun üçün texniki qaydalar planı və Təşkilat Komitəsi ilə birgə Oyunlar üzrə Ümumi Qaydalar hazırlayacaqdır.

Videokonfransda müzakirələr zamanı İHİF İcraiyyə Komitəsinin və 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü K.Nurullayeva da öz növbəsində çıxış edərək təkliflərini səsləndirmişdir. O, Konyada keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarının da uğurlu olacağına, İslam dünyasında həmrəyliyə əlavə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024