Mobil versiya
Nazirlər Kabineti: Bir sıra məhdudiyyətlərin sərtləşdirilməsi məsələsinə yenidən baxıla bilər
Tarix: 25-06-2020 | Saat: 14:20
Bölmə:Manşet / Gündəm | çapa göndər

Nazirlər Kabineti:


Son günlərdə koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur. Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir.

Bir sıra hallarda sahibkarlıq subyektləri, Operativ Qərargahın mümkün qədər işə az əməkdaş çıxarmağa dair tövsiyyələrinə baxmayaraq, bütün işçi heyətini tam tərkibdə, yaxud da böyük əksəriyyətini “İcazə.e-gov.az” portalından qeydiyyatdan keçirərək işə çıxmaları üçün birdəfəlik icazələr alır.

Eyni zamanda fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslər də, bəzi hallarda mühafizə və texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri olandan xeyli artıq sayda əməkdaşları qeydiyyatdan keçirirlər.

Belə yanaşmaların müəyyən olunmuş məhdudiyyət tədbirlərinin səmərəsini azaldır, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantın rejimində işə çıxmasına icazə verilənlərin sayı ilə bağlı müəyyən olunmuş bir sıra məhdudiyyətlərin sərtləşdirilməsi məsələsinə yenidən baxılmasını zəruri hesab edir və bu istiqamətdə vacib olan bütün qərarları qəbul edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024