Mobil versiya
AQSİA sədri qardaş ölkədə nüfuzlu mükafatlara layiq görülüb
Tarix: 25-06-2020 | Saat: 14:05
Bölmə:Manşet / Gündəm | çapa göndər

AQSİA sədri qardaş ölkədə nüfuzlu mükafatlara layiq görülüb




Səkinə Babayeva Türkiyənin fəxri doktoru oldu

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva Türkiyədə “İlin mükafatı”na layiq görülüb. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının İdarə Heyətinin qərarı ilə bu mükafatla təltif edilən Səkinə Babayeva eyni zamanda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru seçilib. Türk dünyası mədəni-iqtisadi əlarələrinə verdiyi tövhələrə və Türkiyə-Azərbaycan arasında qardaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə, "İlin iş adamı" nominasiyasını isə AQSİA sədrinə isə TDAUİA-nın Mükafat Komitəsi təqdim edib.

Türkiyədə yüksək etimada layiq görülən Səkinə Babayeva 1964-cü ildə Zəngilan rayonunda anadan olub. 1987-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunu bitirib. 1982-ci ildən N.Nərimanov adına Bakı Trikolaj İstehsalat Birliyində sarıyıcı kimi fəaliyyətə başlayıb və nəzarətçi, mühasib, baş mühasib işləyib. 2000-2006-ci illərdə İdarə Heyətinin sədr müavini, 2006-ci ildən İdarə Heyətinin sədri olub. Hazırda Bakı Tekstil Fabrikinin direktorudur. Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədridir.

Səkinə Babayevanın rəhbəri olduğu Bakı Tekstil Fabriki bu gün Cənubi Qafqazın aparıcı müəssisələrindən biridir. Bu fabrikdə adi sayırıcıdan nəzarətçi, mühasib, baş mühasib və sədr müavini vəzifəsinə qədər yüksəlib. 2006-ci ildən isə müəssisənin direktorudur. Müəssisədə yüksək kеyfiyyətə və təhlükəsizlik göstəricilərinə mаlik хüsusi təyinаtlı gеyimlərlə (unifоrmаlаrlа) yаnаşı, dünyа və Avrоpа stаndаrtlаrınа uyğun 5 mindən çох çеşidli trikоtаj məhsulu istеhsаl оlunur. Eyni zаmаndа, müхtəlif təyinаtlı dövlət və şirkət şifаrişləri həyаtа kеçirilir. Müəssisənin kоllеktivi trikоtаj istеhsаlı üzrə bir çох qаbаqcıl ölkələrdə təşkil оlunаn trеninqlərdə və ixtisaslaşma mərkəzlərində mütəmadi iştirаk еdir, yеni təkliflər və rеаl prаktikа bаzаsı yаrаdır. İstehsal etdiyi məhsullarda milli atributlara üstünlük verən fabrik yüksək keyfiyyət, peşəkarlıq və milli dəyərlər prinsipinə əsaslanaraq qurur və istehsal etdiyimiz məhsulları “Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxarır.

Məlumdur ki, bu gün koronavirus pandemiyası bütün bəşəriyyəti təhdid edir və hər gün onminlərlə insan bu amansız bəlanın qurbanına çevrilib. Təsadüfi deyil ki, pandemiya ölkəmizdən də yan keçməyib və hər gün yüzlərlə insan bu xəstəliyə yoluxur. Koronavirusla bağlı beynəlxalq protokollar ara məsafəsi gözlənilməsini və maska ilə hərəkəti şərtləndirir. Azərbaycanda xəstəliyin yeni yarandığı və maska qıtlığı yarandığı bir dövrdə Səkinə Babayeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsini ərsəyə gətirdi. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun dəstəyilə yaradılan müəssisədə tibbi maskaların qablaşdırılması üçün xüsusi qutulardan tutmuş ən incə detallar da yerli istehsaldır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın açılış etdiyi müəssisə birinci mərhələdə gündəlik 120 min, ikinci mərhələdə 200-250 min maska istehsal etmək iqtidarındadır.

Qeyd edək ki, Səkinə Babayeva 2017-ci ildə əsası qoyulan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədridir. Nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da kifayət qədər populyarlıq qazanan Assosiasiyanın tərkibində yüzlərlə xanım sahibkar cəmləşib və regional ofisləri fəaliyyət göstərir. Qadın sahibkarlar arasında qarşılıqlı və faydalı əməkdaşlığa nail olan AQSİA çoxsaylı uğurlu layihələr həyata keçirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024