Mobil versiya
Koronavirusa yoluxan deputat: Mən artıq sağalmaq üzrəyəm
Tarix: 24-06-2020 | Saat: 11:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Koronavirusa yoluxan deputat:


Mən artıq sağalmaq üzrəyəm və heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir.

Trend-in məlumatına görə, bunu COVİD-19-a yoluxmuş Milli Məclisin deputatı Sahib Alıyev deyib.

S.Alıyev həkimlərə fədakarlıqlarına görə minnətdarlığını da bildirib:

"Geyimlərindən yadplanetlilərə bənzəyən bu insanlar davranışları ilə doğmadan da doğmaplanetlilərdirlər. Təsəvvür edin ki, yayın bu istisində əyinlərində skafandrabənzər geyimlə 8 saat müddətində yemək yeməmək bir yana, bir damla belə su içmədən ağzınadək xəstələrlə dolu olan klinikada hər kəsin qayğısına qalmaq, hər bir xəstə ilə mehriban davranmaq sadəcə peşəkarlığa yox, həm də insanlığa bağlı məsələdir. Bu fədakarlıqdır!"


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2025