Mobil versiya
Əli Əsədovdan torpaqların alınması ilə bağlı MÜHÜM QƏRAR
Tarix: 23-06-2020 | Saat: 12:46
Bölmə:Manşet / Gündəm | çapa göndər

Əli Əsədovdan torpaqların alınması ilə bağlı


Baş nazir Əli Əsədov torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə qərar imzalayıb.

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Qərara əsasən, Bakı şəhərətrafı dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

Bununla əlaqədar "Azərbaycan Dəmir Yolları” QSC-yə qərarda nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununtələblərinə uyğun olaraq, həyata keçirmək və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2025