Mobil versiya
Bakıda qardaş qardaşı qətlə yetirdi
Tarix: 22-06-2020 | Saat: 09:45
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda qardaş qardaşı qətlə yetirdi



İyunun 21-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1968-ci il təvəllüdlü Teyyub Ramazanovun üzərində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin qardaşı 1976-cı il təvəllüdlü Teymur Ramazanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024