Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik
Tarix: 19-06-2020 | Saat: 15:26
Bölmə:İdman | çapa göndər
Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik.
Bunu "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Trend-ə açıqlamasında Azərbaycan Premyer Liqasında cari mövsümün dayandırılması qərarına münasibət bildirərkən deyib.
Yarımmüdafiəçi bildirib ki, AFFA-nın bu qərarın verilməsində xal fərqi rol oynamadı, xal fərqi az olsaydı belə bu qərar veriləcəkdi, çünki burada məqsəd çempionatın növbəti 8 oyununun tamamlanması idi. Bu qərar verildi, çempionluğu haqq etdiyimizi düşünürəm, mövsüm başlayandan birinci pilləni heç bir komandaya vermədik, komanda olaraq əziyyət çəkdik. Düşünürəm ki, növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik:
"Ardıcıl 7-ci dəfə çempion olmaq, bunu "Qarabağ"la gerçəkləşdirməyimiz çox qürurvericidir. 7 il bu uğuru qoruyub saxlamaq, artıq Qarabağ"ın gücünün, "Qarabağ"ın birliyinin, "Qarabağ" bir klubdan daha üstün olmasının göstəricisidir. Yenə də daha çox uğurlar qazanmaq üçün çalışmaq lazımdır".
Futbolçu bildirib ki, 8 oyun qalmışdı və bu Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşmaq üçün yaxşı fürsət idi. Nəzər almaq lazımdır ki, əvvəlki mövsümlərdə mayın sonları, iyunun əvvəlləri çempionat yekunlaşırdı, bu ildə buna bənzərlik var.
"Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşmaq üçün qarşıda bizim vaxtımız var. Tam formada hazırlaşıb, "Qarabağ"ı adına layiq şəkildə təmsil edəcəyik.
Bütün azarkeşlərimizə, "Qarabağ" sevərlərə təşəkkürümü bildirirəm, hər il olduğu kimi bu il də bizə böyük dəstəkləri, inamları var idi. Biz də komanda olaraq klubumuzun adına, azarkeşlərinə layiq olaq, daim onlara sevinc yaşadaq".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu