Mobil versiya
Könül Nurullayeva: Tibb işçilərimizin fədakarlığı əsl vətənpərvərlik nümunəsidir
Tarix: 17-06-2020 | Saat: 09:31
Bölmə:Manşet / Gündəm | çapa göndər

Könül Nurullayeva: Tibb işçilərimizin fədakarlığı əsl vətənpərvərlik nümunəsidir


Bu il tibb işçilərinin peşə bayramı ən mürəkkəb dövrə təsadüf edir. Belə ki, COVİD-19 pandemiyasının bəşəriyyət üçün ciddi təhlükəyə çevrilməsi tibb mütəxəssislərinin yükünü və məsuliyyətini xeyli artırıb. Ümumiyyətlə, ölkəmizdə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, pandemiya dövründə bu məsələ xüsusi aktuallıq kəsb edir:

"Təcrübə göstərdi ki, dünyanın ən inkişaf etmiş ölkələrinin belə səhiyyə sistemi yeni növ koronavirusla mübarizəyə hazır deyildi. Azərbaycanın məsələyə yanaşması isə təsdiqlədi ki, bu bəşəri bəla ilə mübarizədə səhiyyə sistemi ilə yanaşı özünə qapanmama, cəmiyyətin həmrəyliyi kimi məsələlər də əhəmiyyətli rola malikdir.

Tam mübaliğəsiz söyləmək olar ki, pamdemiya dövründə gözəgörünməz düşmənlə mübarizədə bizim sözün həqiqi mənasında xilaskarımız ağ xalatlı qəhrəmanlarımızdır. Bu gün bu mürəkkəb vəziyyətdə könüllü həkimlərin olması həqiqətən qürurverici haldır".

Deputat qeyd edib ki, tibb işçiləri virusun ölkəmizdə elan olunduğu ilk gündən vahid məqsəd uğrunda səfərbər olublar, insanların sağlamlığını qorumaq, ən ağır xəstələri həyata qaytarmaq üçün hətta tibb mütəxəssislərimiz öz həyatlarını təhlükəyə atmaqdan çəkinmirlər:

"Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, bu günə qədər COVİD-19 infeksiyasından dünyasını dəyişənlər arasında həkimlərimiz də az deyil. Faktiki onlar öz həyatları bahasına gözəgörünməz düşmənlə mübarizədə əsl fədakarlıq nümayiş etdirirlər. Həkimlərimizin bu fədakar davranışı əsl vətənpərvərlik nümunəsi kimi qiymətləndirilməlidir. Çünki hazırda COVİD-19-la mübarizə birbaşa milli təhlükəsizlik məsələsidir, bu səbəbdən bütün cəmiyyət sona qədər bu amal uğrunda həmrəylik nümayiş etdirməlidir.

Təəssüf ki, son günlərin statistikası əslində həyəcan təbili çalmaq üçün tam əsas verir. Məsuliyyəti artırmasaq, məsələyə daha ciddi yanaşmasaq yoluxma sayının daha da artması qaçılmaz olacaq. Bu mənada indiki şəraitdə hər bir vətəndaşımız vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq iqtidarındadır.

Anlamalıyıq ki, biz sosial izolyasiya və karantin qaydalarına tam məsuliyyətlə əməl etməklə, ilk növbədə özümüzü, ailə üzvlərimizi, nəticə etibarı ilə cəmiyyətimizi və nəhayət həkimlərimizi də qorumuş olarıq. Düşünürəm ki, 17 iyun - tibb işçilərimizin peşə bayramı günündə ağ xalatlı qəhrəmanlarımıza ən böyük hədiyyə məhz bu ola bilər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024