Mobil versiya
Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Bəhram Bağırzadəyə həsr olunmuş paylaşım edilib
Tarix: 16-06-2020 | Saat: 16:51
Bölmə:Manşet / Gündəm | çapa göndər

Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Bəhram Bağırzadəyə həsr olunmuş paylaşım edilib


Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İInstagram" səhifəsində Bəhram Bağırzadəyə həsr olunmuş paylaşım edilib.

aia.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edirlər. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm. Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik.

Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbr versin. Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm.

Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun.

Uca Allah hamıya cansağlığı nəsib etsin".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə