Rusiyada azərbaycanlı tələbə öldürüldü - səfirlik işə qarışdı
Tarix: 15-06-2020 | Saat: 13:32
Bölmə:Parlament / Dünya | çapa göndər
Azərbaycan vətəndaşı Timur Valeri oğlu Qavrilov iyunun 13-də təhsil aldığı Rusiyanın Volqoqrad şəhərində qətlə yetirilib.
AİA.Az-ın məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, səfirlik bununla bağlı Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinə rəsmi məktub göndərib.
Məlumatda vurğulanıb ki, iyunun 14-də mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin müstəntiqləri ilə əlaqə saxlanılıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb və məsələ səfirliyin ciddi nəzarəti altındadır.
İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər