Mobil versiya
"Mançester Siti"nin əsas transfer hədəfi
Tarix: 14-06-2020 | Saat: 16:15
Bölmə:İdman | çapa göndər

"Mançester Siti"nin əsas transfer hədəfi



"Mançester Siti" bu yay müdafiə xəttini gücləndirmək istəyir.

AİA.Az sportinfo-a istinadən xəbər verir ki, Mançester təmsilçisində əsasən hədəfin mərkəz müdafiəçisi almaq olduğu vurğulanıb.

Bildirilib ki, klub bir il əvvəl Premyer Liqa təmsilçisini tərk edən Vensan Kompanini əvəzləyəcək bir müdafiəçi hələ də tapa bilməyib. Buna görə "Mançester Siti" bu yay bu mövqeni gücləndirməyə çalışacaq.

Bildirilib ki, klubun maraqlandığı futbolçular sırasında Villarreal-ın müdafiəçisi Pau Torres var. Bundan başqa, klub Leicester-in sol cinah müdafiəçisi Ben Çilvell ilə də maraqlanır.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024