BŞH: Formula 1 Azərbaycan Qran Prisinin ləğvi ilə bağlı rəsmi məlumat yoxdur
Tarix: 11-06-2020 | Saat: 11:30
Bölmə:Manşet / İdman | çapa göndər
Bakı Şəhər Halqası (BŞH) koronavirus pandemiyası ilə əlaqədar Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin ləğv edilməsi ilə bağlı xarici mətbuatda yayılmış məlumata aydınlıq gətirib.
BŞH-dən aia.az-a verilən məlumata görə, hazırda Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin ləğv edilməsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Azərbaycan Qran Prisi hələ də builki Formula 1-in təqvimində təxirə salınmış kimi qalmaqdadır.
BŞH ilə Formula 1 rəhbərliyi arasında müzakirələr davam edir.
Xatırladaq ki, Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin 5-7 iyun tarixlərində keçirilməsi planlaşdırılırdı. Koronavirus pandemiyası səbəbindən yarış təxirə salınıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu