Mobil versiya
Yasamalda polisə zibil atanlar həbs edildi
Tarix: 09-06-2020 | Saat: 10:00
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Yasamalda polisə zibil atanlar həbs edildi


Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atan şəxslər inzibati qaydada həbs edilib.

Trend-in məlumatına görə, saxlanılan şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 535-ci Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə ittiham verilib.

Yasamal rayon Məhkəməsi tərəfindən 11 nəfər barəsində 10, 15, 30 sutka müddətinə inzibati həbs cəzası verilib.

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

Buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb.

Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024