Mobil versiya
Ronaldu ilk milyarder futbolçu oldu
Tarix: 05-06-2020 | Saat: 18:05
Bölmə:İdman | çapa göndər

Ronaldu ilk milyarder futbolçu oldu


Portuqaliya millisinin və "Yuventus”un forvardı Kriştianu Ronaldukaryerasının 17ilində müxtəlif klublardan qazandığı və sponsorlarla bağlanmış müqavilələr sayəsində əldə etdiyi gəlirlə ilk milyarder futbolçu olub.

"Forbes” xəbər verir ki, 35 yaşlı məşhur futbolçunun gəliri 1 milyardı keçib.

Əvvəl iki amerikalı - qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezer buna müvəffəq olublar.

17 illik karyerası ərzində Ronaldu 650 milyon dollarıklublardan -Lissabonun "Sportinq”, "Mançester Yunayted”, Madridin "Real” və Turinin "Juventus”, qalan hissəni isə sponsorlarla bağlanmış müqavilələr sayəsində əldə edib.

ABŞ-ın idman avadanlığı istehsalçısı "Nike” ilə bağlanmış müqaviləyə əsasən Ronaldo ildə 20 milyon dollar qazanır. 2016-cı ildə o, şirkətlə ömürlük müqavilə bağlayıb. Eyni zamanda, portuqaliyalı "Clear”, "Herbalife” və "Abbott” ilə əməkdaşlıq edir.

Ötən il Ronaldonun sərvəti 105 milyon təşkil edib. "Forbes”in ən çox qazanan dünya məşhurları sıralamasında o, dördüncü yeri tutub. Ondan əvvəlki yerləri ABŞ-lı model və teleşou iştirakçısı Kayl Cenner (590 milyon dollar sərvətlə), ABŞ-lı reper və dizayner Kanye Uest (170 milyon dollar sərvətlə) və isveçrəli tennisçi Rocer Federer (106,3 milyon dollar sərvətlə) paylaşıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024