Mobil versiya
Futbol üzrə İtaliya çempionatında qalan matçların təqvimi açıqlanıb
Tarix: 02-06-2020 | Saat: 10:01
Bölmə:İdman | çapa göndər

Futbol üzrə İtaliya çempionatında qalan matçların təqvimi açıqlanıb




Futbol üzrə İtaliya çempionatının 2019/20 mövsümünün qalan matçlar təqvimi açıqlanıb.

Trend-in məlumatına görə,bu barədə turnirin mətbuat xidməti xəbər yayıb.

İtaliya çempionatı mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Mayın 28-də İtaliyanın İdman naziri Vinçenso Spadafora turnirin iyunun 20-də davam edəcəyini açıqlayıb.

İlk oyunlar iyunun 20-də keçiriləcək və həmin gün oyunları fevral və mart aylarına təxirə salınan komandalar oynayacaq. 27-ci tur 22-24 iyun tarixlərində keçiriləcək, sonra komandalar hər üç gündə bir oynayacaqlar. Final turu 23 iyulda başa çatacaq.

Ölkə birinciliyi üzrə turnir cədvəlinə 26 oyundan sonra 63 xal toplayan Turinin "Yuventus" klubu liderlik edir, ikinci yerdə Romanın "Lasio" (26 oyunda 62 xal), üçüncü yerdə isə Milanın" İnter" klubları (25 görüşdən sonra 54 xal) qərarlaşıblar. Daha əvvəl klublar komanda hazırlıq məşqlərini bərpa ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

51 088 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2020
15-07-2020