Mobil versiya
Bakıda polis əməliyyat keçirdi, narkotik alverçiləri yaxalandı
Tarix: 18-05-2020 | Saat: 10:23
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda polis əməliyyat keçirdi, narkotik alverçiləri yaxalandı


Bakıda narkotik maddə alveri ilə məşğul olan şəxslər saxlanılıb.

Trend-in məlumatına görə, Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayon sakini, 1986-cı il təvəllüdlü Mehman Quliyev tutulub. Üzərinə baxış keçirilərkən ondan 0,327 qram marixuana aşkar edilərək götürülüb.

Sabunçu rayon Polis İdarəsinin Post-Patrul Bölüyü əməkdaşları tərəfindən 1991-ci il təvəllüdlü Elçin Ağayev saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı 0, 41 qram metamfetamin, 6 bükümdə olan 0,431 qram heroin götürülüb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini 1983-cü il təvəllüdlü İbrahim Abbasov saxlanılıb. Onun evinin həyətində avrotexniki qaydalarla qulluq olunmuş 4 ədəd çətənə kolu aşkar edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024