Mobil versiya
“Qarabağ”ın futbolçusu Yunanıstan klubuna keçə bilər
Tarix: 11-05-2020 | Saat: 13:38
Bölmə:İdman / Dünya | çapa göndər

“Qarabağ”ın futbolçusu Yunanıstan klubuna keçə bilər



“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir karyerasını Yunanıstanda davam etdirə bilər. AİA.Az xəbər verir ki, bu barədə “Newspao.gr” nəşri məlumat yayıb.

Bildirilir ki, mərakeş əsilli futbolçu “Panatinaikos”a təklif olunub. Yunanıstan təmsilçisinin 28 yaşlı oyunçuya daha yaxşı müqavilə təklif edəcəyi halda oyunçunun komandasını dəyişə biləcəyi qeyd edilib.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayında Fransanın "Lens" komandasından "Qarabağ"a keçib. Onun Ağdam təmsilçisi ilə sözləşməsi mövsümün sonunda başa çatır.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024