Mobil versiya
Zaqatalada yol polisi ilə sakinlər arasında qarşıdurma olub, həbs edilən var - VİDEO
Tarix: 08-05-2020 | Saat: 17:51
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Zaqatalada yol polisi ilə sakinlər arasında qarşıdurma olub, həbs edilən var -


Baş Dövlət Yol Polisi İdarəsi Zaqatalada yol polisi əməkdaşları ilə sakinlər arasında baş verən qarşıdurmaya aydınlıq gətirib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan buna dair görüntülər araşdırılıb: “Araşdırmalar zamanı məlum oldu ki, həmin hadisə mayın 6-da qeydə alınıb. Yaşayış məntəqəsində yüksək sürətlə hərəkət edən sürücü bir nəfərin ev quşlarını vuraraq öldürüb. Bunu görən DYP əməkdaşları həmin sürücüyə saxla əmri verib. Lakin sürücü yol polisi əməkdaşlarına tabe olmayaraq hərəkətini davam etdirib. Buna baxmayaraq həmin sürücü məcburi qaydada saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, həmin avtomobili idarə edən şəxsin sürücülük hüququ yoxdur. Həmçinin onun etibarnaməsi də olmayıb. Videodan da göründüyü kimi sürücü və onun həyat yoldaşı məsuliyyətdən yayınmaq üçün ajiotaj yaratmağa cəhd ediblər. Buna baxmayaraq polis əməkdaşları şəraitə uyğun hərəkət edərək qanuni tədbir görüb. Həmin şəxslərin hərəkətləri ilə bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə polisə müqavimət göstərən həmin sürücü 10 sutka inzibati həbs cəzası alıb. Səs-küy salaraq ictimai qaydanı pozan qadın isə 50 manat cərimə edilib”.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024