Mobil versiya
Kürdəmirdəki ağır qəzada ölənlərin sayı dördə çatdı - YENİLƏNİB
Tarix: 04-05-2020 | Saat: 12:29
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Kürdəmirdəki ağır qəzada ölənlərin sayı dördə çatdı -


Kürdəmirdə baş verən ağır avtomobil qəzasında daha bir nəfər ölüb.

Report xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

11:34

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mercedes” markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan” markalı avtomobillə toqquşub.

Nəticədə "Mercedes” markalı avtomobildə olan üçsərnişin hadisə yerindəölüb, dörd sərnişin isə ağır bədən xəsarətləri alıb.

Həmçinin bildirilir ki, "Nissan” avtomobilində olan dördsərnişin də ağır yaralanıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024