Mobil versiya
Qusarda karantin rejimini pozaraq qumar oynayanları saxlanıldı
Tarix: 29-04-2020 | Saat: 10:46
Bölmə:Cəmiyyət | çapa göndər

Qusarda karantin rejimini pozaraq qumar oynayanları saxlanıldı


Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan aia.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Suvacal kəndi ərazisində yerləşən və hazırda istifadə olunmayan köhnə tikililərin birində yeddi nəfər kənd sakininin qumar oynadıqları aşkar olunub. Karantin rejimi qaydalarını kobud şəkildə pozan həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

Saxlanılan şəxslərin hər biri barəsində Qusar RPŞ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati qaydada tədbir görülüb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024