Mobil versiya
İŞİD liderinin arvadı qaçdı
Tarix: 29-02-2016 | Saat: 11:32
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər



"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının lideri Əbubəkir əl Bağdadinin arvadlarından biri qaçıb.
Aia.az Əl Sumaria-ya istinadən bildirir ki, alman Diana Krüger İraqın şimalındakı Naynava vilayətindəki malikanəni axşam saatlarında tərk edib. O, iki xidmətçisi ilə birlikdə qaçıb.
Hirsindən çılğına dönmüş əl Bağdadinin arvadının axtarışlarına İŞİD-in "komandos" dəstəsini yolladığı deyilir. Terrorçular D.Krügeri xidmətçiləri ilə birlikdə ələ keçirməlidir.
İŞİD lideri ilə Diana Krügerin toyu ötən ilin oktyabrın 8-də İraqın Naynava şəhərində, məxfi şəkildə keçirilmişdi.
Toydan 5 gün sonra Diana Krüger İŞİD-in "qadınlar üzrə Şəriət məhkəməsinin baş hakimi" təyin olunmuşdu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024