Ana Sayfa > Parlament / Aia TV / Karusel > İŞİD liderinin arvadı qaçdı
İŞİD liderinin arvadı qaçdı29-02-2016, 11:32. Yazar: admin |
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının lideri Əbubəkir əl Bağdadinin arvadlarından biri qaçıb. Aia.az Əl Sumaria-ya istinadən bildirir ki, alman Diana Krüger İraqın şimalındakı Naynava vilayətindəki malikanəni axşam saatlarında tərk edib. O, iki xidmətçisi ilə birlikdə qaçıb. Hirsindən çılğına dönmüş əl Bağdadinin arvadının axtarışlarına İŞİD-in "komandos" dəstəsini yolladığı deyilir. Terrorçular D.Krügeri xidmətçiləri ilə birlikdə ələ keçirməlidir. İŞİD lideri ilə Diana Krügerin toyu ötən ilin oktyabrın 8-də İraqın Naynava şəhərində, məxfi şəkildə keçirilmişdi. Toydan 5 gün sonra Diana Krüger İŞİD-in "qadınlar üzrə Şəriət məhkəməsinin baş hakimi" təyin olunmuşdu. Geri dön |