Bakıda 33 yaşlı kişi küçədə bıçaqlandı
Tarix: 27-04-2020 | Saat: 10:11
Bölmə:Parlament | çapa göndər
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 17, mənzil 11-in qarşısında qeydə alınıb.
Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Babaşov Fariz Mahir oğlu tanışı, Yasamal rayon sakini, 1987-ci il təvəllüdlü Hüseynov Ülvi Zakir oğluna 2 bıçaq zərbəsi vuraraq öldürməyə cəhd edib. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
F.Babaşov hadisə yerindən qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
F.Babaşovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-02-2025
31-01-2025