Mobil versiya
Ata qızını divardan asıb, qardaşlarının gözü önündə döyərək öldürdü - FOTO
Tarix: 22-04-2020 | Saat: 11:06
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Ata qızını divardan asıb, qardaşlarının gözü önündə döyərək öldürdü -


Arvadından ayrı yaşayan kişi doqquz yaşlı qızını qardaşlarının gözü qarşısında döyə-döyə öldürüb.

"HaberGlobal”ın verdiyi məlumata görə, dəhşətli hadisə Türkiyənin Qaziantep şəhərində qeydə alınıb.

Məlumata görə, 33 yaşlı Müslüm Aslan bir il əvvəl mübahisə zəmnində arvadını bıçaqlayıbmış.

Buna görə həbsə düşsə də, bir müddətdən sonra azadlığa çıxıb. O, həbsxanadan çıxdıqdan sonra xanımı Ruqiyə Aslanın əlindən üç uşağını alıbvə atası evində yaşamağa başlayıb.

Faciə günündə isə o, böyük qızı Ceylanı döyüb. Uşağın yerdə hərəkətsiz uzandığını gördükdən sonra isə zəng edərək polisə xəbər verib. Sonra isə uşaqları - yeddi yaşlı Yusuf İlkeri və beş yaşlı Bünyamini arvadının evinə aparıb.

Polislər yerdə qanlar içində qalan Ceylanı təcili yardımla xəstəxanaya aparıblar. Rezin şlanqla döyüldüyü üçün ağır yaralanan və reanimasiyaya yerləşdirilən uşaq dörd gündən sonra həyatını itirib.

Dərdindən yataqlara düşən ana Ruqiyə Aslan isə evlilik boyunca əri tərəfindən şiddət gördüyünü, ötən il isə boğazını qayçı ilə kəsdiyini bildirib:

"Həbsxanadan çıxdıqdan sonra barışaq, problemlərimizi həll edək”, - dedi, mən razılaşmadım. O, uşaqları bir neçə günlük görmək istədiyini dedi. Mən də ataları olduğu üçün razılaşdım. Uşaqlarıma qarşı şiddət göstərirmiş. Qızımı "anan bura gəldimi, yalan danışma”, - deyərək döyüb. Qollarından divara asıb, sonra şlanqla ürəyi gedənə qədər döyüb. Ceylan qanlar içində qalanda iki oğlumu taksi ilə bizim evin qarşısına qoyub qaçıb.Qızım öldü. İllərdir mənə və uşaqlarıma həyatı zindan edən bu caninin ən ağır şəkildə cəzalandırılmasını istəyirəm”, - deyib.

Hadisə vaxtı evdə olan və bacısının başına gələnləri danışan Yusuf İlkər Aslan atalarının onların əllərini də taxta ilə vurduğunu deyib: "Bacımı divardan asaraq, "ananız evə gəldimi?”, - deyə onu və məni döydü. Sonra məni və qardaşımı götürüb, anamın evinin qarşısına gətirdi. Tez-tez bizə balta göstərib, qollarımızı kəsəcəyini deyirdi”.

M.Aslan qaçmağa çalışsa da, keçirilən əməliyyat nəticəsində həbs olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024