Mobil versiya
Nizami rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri və aztəminatlı ailələrə ərzaq yardımı davam etdirilir
Tarix: 11-04-2020 | Saat: 20:49
Bölmə:Gündəm | çapa göndər

Nizami rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri və aztəminatlı ailələrə ərzaq yardımı davam etdirilir




Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə 10 aprel 2020-ci il tarixində Qara Qaraev prospektli, Bəkir Çobanzadə və Elşən Süleymanov küçələri kommunal texnikalar vasitəsilə xüsusi məhlulla yuyulub.

Bundan əlavə, inzibati binaların ətrafı, yaşayış binalarının həyətləri, blokları və pilləkən qəfəsələri, lift kabinələri, məişət tullantıları üçün konteynerlər zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya edilib.

Qeyd edək ki, rayon ərazisində dezinfeksiya işləri qrafikə uyğun olaraq hər gün aparılır.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə yanaşı, həssas əhali qruplarının – şəhid və aztəminatlı ailələrin, əlillərin, tənha qocaların sosial müdafiəsi də diqqət mərkəzində saxlanılır.

Ölkədə elan olunan xüsusi karantin rejimində bu kateqoriyadan olan rayon sakinlərinin ehtiyaclarının qismən ödənilməsi məqsədilə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 100 ailəyə ərzaq yardımı edilib.





















AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024