DSX-nin hərbi qulluqçusu qəsəbə sakinini yanğından xilas etdi
Tarix: 17-04-2020 | Saat: 09:10
Bölmə:Karusel / Parlament | çapa göndər
Neftçala rayonunun Bankə qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirib.
Dövlət Sərhəd Xidmətindən aia.az-a verilən məlumata görə, 14 aprel tarixində yanğın baş verən ərazinin yaxınlığında müvəqqəti yaşayan DSX-nin Sahil Mühafizəsinin hərbi qulluqçusu kiçik gizir Əliyev Vasif Asif oğlu yanğını görən kimi dərhal hadisə yerinə hərəkət edib.
FHN-in Yanğınsöndürmə komandası yanğının genişlənməsinin və digər evlərə keçməsinin qarşısını alarkən, həyatı üçün təhlükəyə baxmayaraq fədakarlıq göstərərək yanan evə daxil olan sərhədçi, köməksiz vəziyyətdə qalan qəsəbə sakini 1987-ci il təvəllüdlü Seyfullayev Famil Fədail oğlunu xilas edib.
Xilasetmə prosesində tüstüdən zəhərlənərək xəsarət almış kiçik gizir V.Əliyev təcili yardım maşını ilə Salyan rayon Mərkəzi Xəstəxanasına aparılmış və reanimasiya şöbəsinə yerləşdirilib. Hal-hazırda vəziyyəti yaxşıdır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-02-2025
31-01-2025