Mobil versiya
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər - YENİLİK
Tarix: 14-04-2020 | Saat: 14:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər -


Azərbaycanda vətəndaşlıqla bağlı qanunvericilik dəyişdirilir.

Oxu.Az-ın məlumatına görə, bununla əlaqədar "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişiklik Qanunun 10-cu maddəsi ilə bağlıdır. Həmin maddədə qeyd olunur ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Bildirilir ki, belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Yeni layihəyə əsasən, qanunun 10-cu maddəsindənikinci hissənin ikinci cümləsi çıxarılır. Yəni, müvafiq məlumatı verməyən şəxslər üçün cinayət məsuliyyəti aradan qaldırılır.

Qanun layihəsi Milli Məclisdə qəbul ediləcəyi təqdirdə 2020-ci ilmay ayının 1-dən qüvvəyə minəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024