Mobil versiya
Anar Xəlilov: “Milli Məclisin bütün rəhbər heyətinin yenilənməsi çox müsbət haldır”
Tarix: 11-04-2020 | Saat: 17:09
Bölmə:Gündəm | çapa göndər

Anar Xəlilov:





“Sağlam İnkişaf və Maarifləndirmə”İctimai Birliyinin sədri ölkədə yaranmış vəziyyətlə bağlı əməkdaşımızın suallarını cavablandırmışdır

- Anar müəllim, Qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

- Bir çox dünyanın inkişaf etmiş dövlətləri ilə müqayisədə Azərbaycan dövləti koronavirus pandemiyasının dünyada yayılmağa başladığı andan çevik və qətiyyətli addımlar ataraq birinci növbədə vətəndaşlarının mənafeyini qorumaq yolunu tutdu. Yəni Azərbaycan hökuməti iqtisadi zərərlərini düşünmədən vətəndaşını qorumağa üstünlük verdi. Azərbaycanın koronavirusun geniş yayıldığı İranla sərhəddə yerləşdiyini və ölkələrimiz arasında geniş mədəni iqtisadi əlaqələrin mövcudluğunu nəzərə alsaq, artıq Azərbaycanda da böyük kütləvi yoluxmalar və fəlakət yaşana bilərdi. Lakin, atılan addımlar və qabaqlayıcı tədbirlər bu gün Azərbaycanda vəziyyətin nəzarətdə olduğunu göstərir. Yoluxma halları olsa da vəziyyət təhlükəli deyildir. Bu gün dünyanın aparıcı KİV-ində tanınmış ekspertlər Azərbaycanın atdığı addımları yüksək qiymətləndirir və nümunə olaraq misal göstərirlər. Xüsusilə mən cənab Prezidentin atdığı addımları yüksək qiymətləndirirəm. Cəmiyyət də Prezidentin atdığı addımları alqışlayır və onun çağrışlarına qoşulur. Prezidentin təşəbbüsü ilə yaradılan koronavirusla mübarizə fondunun yaradılmasını alqışlayan cəmiyyət eyni zamanda fonda ianələrin köçürülməsində də həvəslə iştirak edir. Bu gün vətəndaş cəmiyyəti institutları QHT-lər, KİV-lər, ziyalılar Dövlətin apardığı mübarizə üsullarına dəstək olaraq yaxından bu istiqamətdə fəal iş aparırlar. Xüsusilə sosial şəbəkələrdə aparılan maarifləndirmə işlərini misal göstərə bilərəm. Bu gün Operativ qərargah tərəfindən ciddi karantin qaydaları tətbiq edilir. Vətəndaşlarımızın da borcu tətbiq edilən karantin qaydalarına ciddi əməl etmək və bununla Dövlətimizə yardımçı olmaqdır. Bu gün hər birimiz öz məsuliyyətimizi dərk etməliyik, dözümlü olmalı, qaydalara əməl etməli, sui-istifadə və digər qanundan kənar hərəkətlərə yol verməməliyik. Əks təqdirdə görülən bütün tədbirlər öz nəticəsini itirmiş olacaqdır. Bu gün müsbət nəticələrin əldə olunması vətəndaşlarımızın davranışından aslıdır.

- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Ölkə prezidenti cənab İlham Əliyevin apardığı siyasətin əsas qayəsi dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və xalqın firavanlığının təminatıdır. Cənab Prezidentin başlatdığı geniş islahatlar bu gün demək olar ki, dövlət idarəçiliyindən tutmuş bütün sahələri əhatə etməkdədir. Prezident bütün çıxışlarında Azərbaycanda yeni dövrün başlandığını qeyd etməklə yanaşı həm də dövlətçiliyimizin möhkəmliyi naminə vətəndaş həmrəyliyini xüsusilə qeyd edir. Müxalifəti də dialoqa dəvət edərək başladılan geniş islahatlarda yaxından iştirak etməyə çağırır. Prezidentin bu təşəbbüsünün həyata keçməsi istiqamətində Prezident Administrasiyasında yeni yaradılmış Siayasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən bütün müxalifət partiayaları ilə görüşlər keçirilmişdir. Partiyalara dövlətçiliyimizin və milli maraqlarımızın qorunması istiqamətində birgə fəaliyyət aparmaq və dialoq qurmaq təklifi verilmişdir. Lakin çox təəəssüf ki, bəzi radikal müxalifət qüvvələri bu nəcib təklifi xarici havadarlarının məsləhəti ilə qəbul etməmiş və bü gün cənab Prezidentin də qeyd etdiyi kimi 5-ci kalon funksiyasını yerinə yetirməkdədirlər. Hesab edirəm ki, onların bu pozucu fəaliyyəti həmişə olduğu kimi iflasa məhkumdur.

- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

- Azərbaycanda növbədənkənar parlament seçkiləri demokratik şəraitdə keçirilərək, Milli Məclis yeni heyətdə formalaşmışdır. Milli Məclisin bütün rəhbər heyətinin yenilənməsi çox müsbət haldır. Hesab edirəm ki, yeni rəhbərliyin fəaliyyəti nəticəsində gələcəkdə qanunverici orqanımızda biz Azərbaycanımızın inkişafına xidmət edəcək, Prezidentin apardığı dövlət siyasətinə uyğun qanunların qəbulunun şahidi olacayıq.

- Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?

- Koronavirus pandemiyasının Azərbaycana təsirinin azadılması və vətəndaşlarımızın həyatının qorunması istiqamətində atılan müsbət addımlardan biri də Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisənin açılışının olmasıdır. Qısa zaman ərzinəd belə bir müəssisənin yaradılması və fəaliyyətə başlaması çox böyük bir addımdır. Bu müəssisənin fəaliyyəti nəticəsində tez bir zamanda Azərbaycanda tibbi maskalara təlabat təmamilə təmin olunacaqdır. Atılan digər bir humanist addım isə cənab prezident tərəfindən yaşı 65-dən yuxarı məhbusların azad olunmasıdır. Mən bu addımı çox yüksək qiymətləndirir və belə bir həssas dönəmdə cənab Prezidentin humanistliyini alqışlayıram. Cənab Prezident tərəfindən işləməyən insanlara müavinətlərin verilməsi və sahibkarlara yardımlarla bağlı göstərişləri, eyni zamanda modul tipli 4 xəstəxananın tikintisi ilə bağlı imzaladığı sərəncamı ictimaiyyət tərəfindən müsbət qarşılanır. Xalq bu çətin günlərdə öz Prezidentinə inanır və güvənir.


aia.az
Orxan Rüstəmov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024