Mobil versiya
Ötən il Azərbaycanın turizm sektoruna 59,3 milyon manat investisiya qoyulub
Tarix: 10-04-2020 | Saat: 10:46
Bölmə:İqtisadiyyat | çapa göndər

Ötən il Azərbaycanın turizm sektoruna 59,3 milyon manat investisiya qoyulub


2019-cu ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala ümumilikdə 59,3 milyon manat investisiya qoyulub. Ölkə üzrə əsas kapitala yönəldilən ümumi vəsaitin 0,3%-i bu sahənin payına düşüb.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, bu sahədə investisiya qoyuluşu bütövlükdə daxili
mənbələr hesabına formalaşıb. 2015-2018-ci illər ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala ümumilikdə 914,7 milyon manat investisiya yatırılıb. Qoyulan investisiyanın 65,8%-i və ya 602,2 mln. manatı yerləşdirmə obyektlərində xidmətlərin göstərilməsi, 34,2%-i və ya 312,5 milyon manatı isə ictimai iaşə xidmətlərinin göstərilməsi sahələrinə yönəldilib.

Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılan əlavə dəyərin həcmində davamlı artım müşahidə olunmuş və bu göstərici 2019-cu ildə 6,4% təşkil edib.

Artımın səviyyəsi 2016-cı ildə 2,1%, 2017-ci ildə 6,9% və 2018-ci ildə isə 7,6% olub.
2019-cu ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əlavə dəyər istehsalı 1976,7 milyon manat (və ya 1163 milyon ABŞ dolları) təşkil edib. Turizm sektorunun bir hissəsi olan bu sahənin iqtisadiyyatda xüsusi çəkisi 2,4% təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan 3,17 milyon nəfər ziyarətçi (qonaq, xarici vətəndaş) qəbul etmişdir ki, bu da əvvəlki ilə nisbətən 11,3% çoxdur.

Ölkəmizə gələnlərin 29,4%-i Rusiya, 22,9%-i Gürcüstan, 10,0%-i Türkiyə, 8,1%-i İran, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i Hindistan, 1,9%-i Ukrayna, hər birindən 1,6% olmaqla Türkmənistan və İraq, hər birindən 1,5% olmaqla Qazaxıstan, Pakistan və İsrail, 1,2%-i Böyük Britaniya, 11,0%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

2019-cu ildə turizm məqsədi ilə Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən ölkəmizdə 2971,4 mln. manat (və ya 1748 mln. ABŞ dolları) xərclənilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024