Mobil versiya
Bu şəxslər marketə getmək üçün icazə almayacaq
Tarix: 04-04-2020 | Saat: 12:53
Bölmə:Manşet | çapa göndər

Bu şəxslər marketə getmək üçün icazə almayacaq







Daxili İşlər Nazirliyi "Kütləvi informasiya vasitələrinin, fasiləsiz fəaliyyət göstərən obyektlərin və müəssisələrin əməkdaşları, habelə müvafiq məlumatları “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslər ərzaq və digər gündəlik tələbat mallarını, dərman vasitələrini almaq üçün 8103 nömrəsinə SMS ilə müraciət etməlidirlərmi?" sualına aydınlıq gətirib.

DİN-dən Aia.az-a verilən məlumata görə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkətinə yol verilən, barəsindəki məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslərin ərzaq və digər gündəlik tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə almasına zərurət yoxdur.

Qeyd edək ki, aprelin 5-dən etibarən vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024