Ana Sayfa > Manşet > Bu şəxslər marketə getmək üçün icazə almayacaq
Bu şəxslər marketə getmək üçün icazə almayacaq4-04-2020, 12:53. Yazar: sevinc1 |
Daxili İşlər Nazirliyi "Kütləvi informasiya vasitələrinin, fasiləsiz fəaliyyət göstərən obyektlərin və müəssisələrin əməkdaşları, habelə müvafiq məlumatları “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslər ərzaq və digər gündəlik tələbat mallarını, dərman vasitələrini almaq üçün 8103 nömrəsinə SMS ilə müraciət etməlidirlərmi?" sualına aydınlıq gətirib. DİN-dən Aia.az-a verilən məlumata görə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkətinə yol verilən, barəsindəki məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslərin ərzaq və digər gündəlik tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə almasına zərurət yoxdur. Qeyd edək ki, aprelin 5-dən etibarən vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. Geri dön |