Mobil versiya
“Xalq Bank”ın əməkdaşları koronavirusla mübarizəyə yarım milyon köçürdü
Tarix: 22-03-2020 | Saat: 20:11
Bölmə:İqtisadiyyat | çapa göndər

“Xalq Bank”ın əməkdaşları koronavirusla mübarizəyə yarım milyon köçürdü





Azərbaycanın ən böyük özəl banklarından biri olan "Xalq Bank"ın kollektivi bəşəriyyət üçün böyük təhlükə yaradan COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

Aia.az xəbər verir ki, "Xalq Bank"ın əməkdaşları koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat vəsait toplayıblar.

"Xalq Bank" yarandığı gündən öz fəaliyyətində korporativ sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq cəmiyyətə faydalı olmağı, iqtisadiyyata dəstək verməyi, ölkə əhalisinin maraqlarını və xalqımızın ali dəyərlərini qorumağı özünə borc sayır.

Bu mürəkkəb günlərdə "Xalq Bank" internet bankçılıq sistemi vasitəsi ilə müştərilərə fasiləsiz olaraq bank xidmətlərini təqdim etməkdə davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024