Mobil versiya
Koronovirus Formula 1 ilə bağlı planlara təsir göstərməyib - RƏSMİ
Tarix: 12-03-2020 | Saat: 15:02
Bölmə:Manşet / İdman | çapa göndər

Koronovirus Formula 1 ilə bağlı planlara təsir göstərməyib -




Koronovirus Bakıda Formula 1 yarışmasının keçirilməsi ilə bağlı işlərə təsir göstərməyib.

Bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat şirkətindən məlumat verilib.

Bildirilib ki, nəzərdə tutulan işlər plana uyğun olaraq həyata keçirilir, hər hansı bir dəyişiklik yoxdur.

Əlavə olunub ki, bilet satışları da öz qaydasında davam edir. Yarış zamanı hər hansı bir tamaşaçı tribunasının ləğvi və ya tamaşaçı sayının azaldılması nəzərdə tutulmayıb.

Qeyd edək ki, paytaxt Bakının ev sahibliyi edəcəyi növbəti yarış 5-7 iyun 2020-ci il tarixlərində baş tutacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024