Mobil versiya
Tanınmış tarzənin maşınından oğurluq edən şəxs tutuldu
Tarix: 10-03-2020 | Saat: 17:14
Bölmə:Cəmiyyət | çapa göndər

Tanınmış tarzənin maşınından oğurluq edən şəxs tutuldu


Yanvarın 12-də günorta saatlarında Səbail rayonu T.Elçin küçəsində “Tayota” markalı avtomobildən açıq qapıdan daxil olmaqla H.Qədimovaya məxsus içərisində 3500 manat pul kisəsinin oğurlanmasına görə polisə müraciət daxil olub.



Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, həmin müraciət üzrə Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Səbail RPİ Cinayət-Axtarış Şöbəsi, 9-cu Polis Bölməsi və Neftçala RPŞ-nin birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə CM-nin 177-ci maddəsi ilə axtarışda olan, 1993-cü il təvəllüdlü Nurəddin Qarayev saxlanılaraq istintaqa təhvil verilib. İlkin araşdırmalar zamanı müəyyən olunub ki, o, fevralın 11-də Xətai rayonu, Telnov küçəsində “Tayota” markalı avtomobildən eyni üsulla 1200 manat dəyərində noutbuk oğurlayıb. Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024