Mobil versiya
Şəhid olan əsgərimiz bu gün dəfn ediləcək
Tarix: 06-03-2020 | Saat: 10:10
Bölmə:Karusel / Parlament | çapa göndər

Şəhid olan əsgərimiz bu gün dəfn ediləcək


Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olan hərbçimiz bu gün torpağa tapşırılacaq.

Trend-in məlumatına görə, Dövlət Sərhəd Xidmətinin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaşadığı Cəlilabad rayonunun Cəfərxanlı kənd qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, ötən gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025