Mobil versiya
ADBTİA – yüksək ixtisaslı idman mütəxəssislərimiz artıq bütün beynəlxalq tələblərə cavab verəcəklər
Tarix: 05-03-2020 | Saat: 16:31
Bölmə:İdman | çapa göndər

ADBTİA – yüksək ixtisaslı idman mütəxəssislərimiz artıq bütün beynəlxalq tələblərə cavab verəcəklər




Akademiyanın fəaliyyəti ölkəmizdə idman sahəsində yüksək nailiyyətlərin əldə olunması baxımından müstəsna əhəmiyyət kəb edir

1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.Bu tarixi gündən 10 il sonra, 2005-ci il mart ayının 4-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 mart tarixinin ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günükimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.

Bu gün ölkəmiz Azərbaycan dövləti tərəfindən inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərilən idman sahəsində həqiqətən də böyük uğur və nailiyyətlər əldə edib. Respublikamız beynəlxalq idman arenalarında müstəqil dövlət kimi təmsil olunmağa başladığı ilk gündən bu günə qədər keçən müddət ərzində Azərbaycan dünyanın aparıcı idman ölkələri sırasında özünə layiqli yer almış, planetin ən populyar idman mərkəzlərindən birinə çevrilmişdir.



Təbii ki, hər hansı bir sahədə uğur və nailiyyətlərin əldə olunması üçün həmin sahə üzrə peşəkar kadrların da olması zəruri şərtlərdən biridir. O cümlədən, bu gün ölkəmizdə idman sahəsində yüksək ixtisaslı kadrların hazırlanması işində də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA)fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir.Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan dövlətinin və şəxsən Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ADBTİA-da idman təhsilinin tamamilə yeni və əlbəttə ki, keyfiyyətcə daha yüksək səviyyəyə çıxması üçün hər bir şərait yaradılıb. Xüsusilə, Akademiyanın binasında bir müddət əvvəl başa çatdırılmış əsaslı təmir və yenidənqurma işlərini təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan daha bir əhəmiyyətli addım kimi qiymətləndirmək olar. Təsadüfi deyildir ki, əsaslı təmirdən sonra ADBTİA-nın basketbol, voleybol, həndbol, ağırlıq qaldırma və boks idman zallarına keçirilən baxışda iştirak edən xarici ekspertlər və idman ictimaiyyətinin nümayəndələri də burada yaradılan şəraiti çox yüksək qiymətləndiriblər. Akademiyanın gimnastika zalı isə birbaşa ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə tamamilə yeni və ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Birmənalı olaraq demək lazımdır ki, bu görülən işlər ADBTİA-da yenidənqurma və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən müvafiq tədbirlərin davamıdır.



Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev bu vəzifəyə təyin olunduqdan sonra ölkəmizin sadəcə idman sahəsində deyil, eləcə də idman təhsili sahəsində dünyada aparıcı mövqeylərə çıxması üçün real zəmin yaradılmışdır.

Qısa arayış:

Hacıyev Fuad Hacı oğlu 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş və “Mühəndis-texnoloq” ixtisasına yiyələnmişdir. 1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutununu (indiki Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirmiş və “Politoloq” ixtisası üzrə ali siyasi təhsil almışdır. Müxtəlif illərdə istehsalatda mühəndis texnoloq vəzifəsində, Azərbaycan Komsomolu Mərkəzi Komitəsində məsul vəzifələrdə işləmişdir. Müstəqillik dövründə Azərbaycan Respublikası Gömrük Xidmətində məsul vəzifələrdə çalışmışdır. 2006-2015-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışmışdır. 23 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilmişdir.



Etiraf olunmalıdır ki, 2016-cı ildən başlayaraq ADBTİA-da idman təhsilini dünya standartlarına uyğunlaşdırmaq, təhsilin keyfiyyətini artırmaq və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinə malik mütəxəssislər hazırlamaq kimi hədəflərə nail olmaq məqsədilə ardıcıl islahatlar daha böyük intensivliklə aparılır, tam yeni infrastruktur yaradılır, təhsil imkanları genişləndirilir, beynəlxalq təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıqlar qurulur. Gənc nəslin idman sahəsində hərtərəfli biliklərə yiyələnməsi məqsədi ilə ADBTİA-da hər cür şərait yaradılır. Bu gün artıq ADBTİA-da tədrisi ingilis dilində aparılan idman jurnalistikası və idman tibbi və reabilitasiya magistr ixtisaslarının tədrisi üçün Multimedia Mərkəzi və Elmi-Tədris Laboratoriyası da tikilərək tələbələrin istifadəsinə verilmişdir.Həmçinin diqqətəlayiq haldır ki, bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti aparıcı yerli və beynəlxalq ekspertlər, dövlət, biznes və beynəlxalq idman təşkilatlarının nümayəndələridir. Akademiyanın rektoru Fuad Hacıyev isə gənclərlə iş sahəsində, eləcə də bədən tərbiyəsi və idmanın inkişafında müstəsna xidmətləri olmuş idman xadimi, öz sahəsini dərindən bilən və sevən bir peşəkardır. Məhz bu amillər, eləcə də ADBTİA-da aparılan effektiv işlər və həyata keçirilən innovativ tədbirlər zəmin yaradır ki, ən yaxın gələcəkdə Akademiyanın məzunları dünya idman bazarında rəqabətə dözümlü mütəxəssislərkimi ölkəmizi təmsil edə bilsinlər.

Biz də 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətiləAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bütün kollektivini və şəxsən hörmətli rektor Fuad Hacıyevi səmimi qəlbdən təbrik edir, onlara çətin və şərəfli işlərində yeni-yeni nailiyyətlər diləyirik!

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024