Avrasiya çempiona qarşı hörmətsizlik: "Maddi kömək etmək üçün vəsait nəzərdə tutulmayıb"...
Tarix: 02-03-2020 | Saat: 11:51
Bölmə:İdman | çapa göndər
Bu günlərdə 22-23 fevral tarixlərində Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan juboksinq citsu üzrə Avrasiya çempionatında qızıl medala və kəmərə layiq görülən, dünya və avrasiya çempionu Elşad Hacıyev Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəliyinin ona qarşı biganəliyindən gileylənib.
“Təəssüf edirəm ki, bir dəfə olsun icra nümayəndəsindən mənimlə maraqlanan olmayıb. Bakıda keçirilən çempionatda 12 ölkə, minə yaxın idmançı iştirak edirdi. Ötən il Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş juboksinq citsu üzrə növbəti Dünya Kuboku yarışında 1-ci və 2-ci yerləri qazanaraq 2 qızıl və 1 gümüş medallar qazandım. Noyabr ayında Bakıda keçirilən dünya çempionatında gümüş medala layiq görüldüm.
Yarışlarda Azərbaycanın bayrağını qaldırmışam. Mənə qarşı diqqətsizliyi başa düşə bilmirəm. Nəzərə almaq lazımdır ki, ölkədə bu yaşda döyüşən idmançılar çox deyil. Fevral ayının 28-də Gürcüstanda keçirilən juboksinq citsu üzrə Beynəlxalq çempionatında iştirak etmək üçün maddi vəsait olmadığı üçün onlara rəsmi şəkildə müraciət etdim. Lakin mənə qəsəbə nümayəndiliyindən maliyyə yardımı göstərilmədiyi üçün Gürcüstan səfərimi gerçəkləşdirə bilmədim”.
Qeyd edək ki, cənab Prezident hər il idmançılarla görüşüb onları təbrik edir, gələcək yarışlara motivasiya verir. Ancaq təəssüf ki,bizim icra nümayəndəsi nəticə göstərən idmançıları diqqətdən kənarda qoyur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu