Bakıda metrosunda işıqlar söndü: Sərnişinlər təxliyyə olunur - YENİLƏNİB
Tarix: 27-02-2020 | Saat: 17:02
Bölmə:Karusel / Parlament | çapa göndər
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb.
Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" - "Xalqlar Dostluğu" sahəsində gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur.
Hazırda tunellərdə qalan qatar yoxdur.
XXX
16:29
Bakının elektrik enerjisi təchizatında yaranan nasazlıq səbəbindən metroda qatarlar tuneldə qalıb.
“Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli Trend-ə bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:
“Metroda elektrik enerjisinin verilişində problem yaranıb, gərginlik səviyyəsi aşağı düşüb. Yəqin ki, problem bir neçə stansiyada müşahidə edilib. Hazırda dəqiqləşdirməyə çalışırıq.
İlkin məlumata görə, problem “Koroğlu” stansiyasından üzü “Həzi Aslanov” istiqamətinə hərəkət edən qatarlarda yaranıb.
Təxliyə məsələsi ilə bağlı yayılan məlumatlar əsassızdır. İctimaiyyətə əlavə məlumat veriləcək”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025