Abşeron RİH-i başçısının Görədil sakinləri ilə görüşü keçirildi
Tarix: 21-02-2020 | Saat: 16:33
Bölmə:Manşet / Ölkə | çapa göndər
Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın, rayonun Görədil kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirildi.
aia.az xəbər verir ki, keçirilən görüşdə icra başçısı ilə birlikdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri də iştirak edirdilər. Keçirilən görüş zamanı xanım İcra başçısı görülən işlərdən, yeniliklərdən, sakinləri maraqlandıran bir çox məsələlərdən danışdı və hər kəsi də səmimi dinlədi. O, onu da qeyd etdi ki, “Bu gün rayonun digər kənd və qəsəbələri kimi, Görədil kəndinə məxsus problemlər də tərəfimizdən diqqətdə saxlanılır və həlli istiqamətində müəyyən addımlar atılır. Düzdür, bu kəndə məxsus müəyyən problemlərinin olması haqda lazımi məlumatlarımız var. Ona görə də, hər an sizin problemlərinizi diqqətdə saxlayırıq və həlli istiqamətində lazımi addımlarımızı da atırıq”.

İşgüzar şəraitdə keçirilən görüş zamanı kənd sakinləri elektrik enerjisi, su və mavi qaz təminatı sahəsində heç bir problemin olmadığını bildirsələr də, kəndarası yollarda müəyyən problemlərin olduğunu, sakinlər arasında bəzi şəxslərin işsiz olduqlarını bildirdilər. Onu da qeyd edək ki, İcra başçısı sakinlərə məxsus problemləri dinlədikdən sonra, onların həlli istiqamətində aidiyyatı üzrə lazımi tapşırığını verdi. Bəzi problemlər isə, yerindəcə həllini tapdı. Belə bir səbəblər üzündən də, Görədil kənd sakinləri rayon rəhbərliyinin fəaliyyətindən razılıq edib, İradə xanım Gülməmmədovaya öz təşəkkürlərini bildirirlər. Bu da onu söyləməyə əsas verir ki, xanım İcra başçısı ölkə rəhbəri cənab İlham Əliyevin vermiş olduğu tövsiyyə və tapşırıqları əsas tutub, daim sakinlərin yanında olur, onların dərd və problemlərini dinləyib, həlli istiqamətində lazımi tapşırıqlarını da verir.

Əlavə olaraq onu da qeyd edək ki, xanım İcra başçısı Abşeronun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi görüşlər keçirir ki, bu da artıq ənənə şəkilini alıb. Keçirilən görüşlərdə İradə xanım Gülməmmədovanın şəxsən özü yerlərdə ortaya çıxan problemləri öyrənir və həlli istiqamətində lazımi addımlarını atır. Məsələn, Görədil kəndində keçirilən görüş zamanı icra başçısı onu da vurğuladı ki, “Siz sakinlərin fasiləsiz təbii qazla, elektrik enerjisi və su ilə təmin olunmağınız həyata keçirilsə də, digər işlərin həlli istiqamətində də davamlı addımlar atılmaqdadır”. İcra başçısının iştirakı ilə keçirilən səyyar qəbul-görüşüdə Abşeron RİH başçısının Görədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Hümbətov, Görədil bələdiyyəsinin sədri İlqar Məmmədov hesabat xarakterli çıxış etdilər və gördükləri iş, həyata keçirilən abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində məlumat verdilər. Görüşün sonunda kənd sakinləri də çıxış edərək İcra başçısının kənd və qəsəbələrdə keçirdiyi səyyar görüşlərin çox böyük əhəmiyyət daşıdığını, həmçinin sakinlər tərəfindən irəli sürülən müəyyən təkliflərin, əksər problemlərin həll olunmasına kömək olunduğunu da bildirdilər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024
13:52 Xalqın partiyası