Mobil versiya
Azərbaycanda iş qadınının tutulması barədə məlumata aydınlıq gətirildi
Tarix: 12-02-2020 | Saat: 13:55
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanda iş qadınının tutulması barədə məlumata aydınlıq gətirildi


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin dələduzluğa görə saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib.

BŞBPİ-in Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşlardan daxil olan müraciətlər üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.

Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

E.Hacıyev söyləyib ki, hazırda M.Süleymanzadə saxlanılmayıb.

Qeyd edək ki, ötən gün M.Süleymanzadənin saxlanılması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu dələduzluq yolu ilə mənimsəyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024