Mobil versiya
FHN Qubaya yanğın yerinə 2 helikopter göndərdi
Tarix: 07-02-2020 | Saat: 11:57
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

FHN Qubaya yanğın yerinə 2 helikopter göndərdi


Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada yanğın baş verən əraziyə 2 helikopter göndərib.

Bu barədə aia.az-a FHN-in Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, Quba rayonunun Qalxun kəndində, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyef və çətin keçilən yolları olan ərazidə ot tayası yanır.

Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024